Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası basketbol yarışına start verilib
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası basketbol yarışına start verilib

Aprelin 20-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası basketbol yarışına start verilib.
Yarışı giriş sözü ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SDU-nun təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq universitetdə bir sıra tədbirlərin təşkil olunduğunu diqqətə çatdıraraq bildirdi ki, bu kimi idman yarışlarının keçirilməsi sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir.
Sonra yarışa start verildi.
Yarışın nəticələrinə əsasən Mühəndislik fakültəsi, SDU nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, İqtisadiyyat və idarəetmə fakültəsi, Təbiət elmləri fakültəsi 27 aprel tarixində baş tutacaq yarımfinala vəsiqə qazandılar.

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az