Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyəti barədə növbəti infosessiya keçirildi
SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyəti barədə növbəti infosessiya keçirildi

SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyətləri ilə bağlı təhsilalanları məlumatlandırmaq məqsədilə mütəmadi görüşlər təşkil olunur. 19 apreldə baş tutan növbəti görüşdə Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyət istiqamətləri barədə təhsilalanlara məlumatlar təqdim olunub. Şöbənin fəaliyyətlərinin məqsədəuyğun şəkildə həyata keçirilməsində təhsilalanların mühüm rolları olduğu vurğulanıb. Şöbə tərəfindən keçirilən sorğularda iştirakın əhəmiyyətindən bəhs olunub, daha əvvəl keçirilmiş sorğu nəticələri barədə qısa məlumat verilib. Görüşdə eyni zamanda təhsilalanlarla müvafiq şöbə arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilən yeniliklərdən (təklif qutusu, açıq qapı günləri və s.) bəhs edilib. Görüşün sonunda isə, iştirakçılar tərəfindən ünvanlanmış suallar şöbə müdiri tərəfindən cavablandırılıb.

Mətbuat xidməti

 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az