Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində ekskursiyada oldular
Tələbələrimiz “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində ekskursiyada oldular
Aprelin 9-da Sumqayıt Dövlət Universitetinin “Karyera və Məzunlarla iş Mərkəzi”nin təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Tarix və coğrafiya” fakültəsinin bir qrup tələbəsi dekan müavini dosent Osman Hacıyevin rəhbərliyi ilə “Azərkosmos” un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) ekskursiyada oldular.
Eksursiyanın məqsədi elm, texnologiya və kosmosla maraqlanan tələbələri ƏYPİM-nin fəaliyyəti ilə tanış etməkdir.
Osman Hacıyev tələbələrə 2 il öncə keçirilən “Ümumdünya Kosmos Həftəsi” barədə məlumat verərək, kosmik sahədə görülən işlər və əldə olunan uğurlardan söz açdı. Son illərdə bu sahədə bu tipli görüşlərin əhəmiyyətini vurğuladı.
“Azərkosmos” Kosmik Agentliyinin ictimaiyyətlə əlaqələr, kommunikasiya və media şöbəsinin baş mütəxəssisi Nigar Kazımova Azərbaycanın müasir kosmik sənayesinin inkişaf yolu, Kosmik Agentliyin fəaliyyət istiqamətləri və gələcək planları, ölkənin peyk layihələri, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.
Sonra tələbələrin ƏYPİM ərazisində gəzintisi təşkil olundu. Tələbələr peyk vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və s. məlumatlarının ötürülməsi imkanlarını yaxından izlədilər.
Görüşdə kosmosla əlaqəli məlumatlandırma və bu sahədə tələbələrin məzun olduqda görə biləcək işlər müzakirə olundu.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az