Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şagirdlər üçün “açıq qapı” günü keçirildi
SDU-da şagirdlər üçün “açıq qapı” günü keçirildi

Aprelin 8-də Sumqayıt Dövlət Universitetində 10-11-ci sinif şagirdləri üçün “açıq qapı” günü təşkil edildi. Sumqayıt Dövlət Universitetinə tanışlıq çərçivəsində şagirdlər universitetin maddi-texniki bazası və keçirilən dərslərlə, həmçinin sosial şəraiti ilə tanış oldular.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov müəllim və şagirdləri universitetin fakültələri, laboratoriyaları, auditoriyaları, “Arxeologiya” kabineti, “Code Academy”nin otaqları, açıq səma altındakı Tədris muzeyi haqda məlumatlandırdı.
Universitetlə tanışlıq proqramı Böyük Akt zalında başa çatdı. SDU ilə bağlı videoçarxın nümayişindən sonra tələbələrimiz qonaqlara universitetdə müxtəlif ixtisaslar üzrə tədris, həmçinin tələbələrin cəlb edildikləri ictimai işlər, habelə onların asudə vaxtlarının təşkili barədə geniş məlumat verdilər.

Mətbuat xidməti

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az