Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Beynəlxalq olimpiadada uğur qazandılar
SDU-nun tələbələri Beynəlxalq olimpiadada uğur qazandılar
 27 mart 2024-cü il tarixində Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri olan Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda ikimərhələli onlayn formatda ənənəvi VII Beynəlxalq fənn olimpiadası keçirilmişdir. Olimpiadanın işçi dili rus və ingilis dilləri olmuşdur.
Olimpiada - texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları, texniki sistemlərdə idarəetmə, ölçmə və telekommunikasiya sistemləri, ölçmənin metroloji təminatları, ağıllı şəhər kimi geniş sahələri əhatə etmişdir. Olimpiadada Rusiya Federasiyasından 25, Qazaxıstan Respublikasından 3, Çin Xalq Respublikasından 2 universitet olmaqla 105 komanda iştirak etmişdir.
Professor Cavanşir Məmmədovun rəhbərliyi və professor Fazil Ələkbərlinin kuratorluğu ilə olimpiadada Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisasının tələbələri magistrant Qüdrət Ağazadə, bakalavr Nübar Nəcəfli və Kompüter mühəndisliyi ixtisasının tələbələri - bakalavrlar Amin Nəcəfli, Səxavət Cəfərli fərdi və komanda yarışlarında iştirak etmişlər.
Olimpiadanın yekununa görə SDU-nun komandası 75 bal toplayaraq, komanda yarışmasında 3-cü yeri tutmuş, fərdi yarışlarda isə tələbələrimiz mükafatçılar siyahısına düşmüşlər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az