Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Gənc Xarici Dil Müəllimləri Birliyi barədə infosessiya keçirildi
SDU-da Gənc Xarici Dil Müəllimləri Birliyi barədə infosessiya keçirildi
 Aprelin 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) daxil olan Gənc Xarici dil Müəllimləri Birliyi barədə infosessiya təşkil edildi.
SDU-nun Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva qonağı və iştirakçıları salamladı, görüşün əhəmiyyətindən, universitetdə Xarici dillərin tədrisinə böyük önəm verilməsindən, Dil və Tərcümə Mərkəzinin fəaliyyətindən, həmçinin ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələrin təşkil olunmasından danışdı.
Sonra Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri, həmçinin SDU-nun məzunu Günay Əkbərova rəhbərlik etdiyi Birlik haqqında, birliyin 2023-cü il və 2024-cü il üzrə fəaliyyət istiqamətləri, strateji məqsədləri və üzvlük haqqında ətraflı məlumat verdi. Bildirdi ki, infosessiyanın keçirilməsində əsas məqsəd müəllimlərin Gənc Xarici Dil Müəllimləri Birliyi haqqında məlumatlılığının artırılması və onları birliyə üzv olmaqla aktiv fəaliyyətə cəlb etməkdən ibarətdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az