Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Aprel döyüşləri qəhrəmanı Raquf Orucovun məzarı ziyarət olunub
Aprel döyüşləri qəhrəmanı Raquf Orucovun məzarı ziyarət olunub
 Aprelin 5-də Sumqayıt Dövlət Universiteti kollektivi adından Aprel döyüşləri qəhrəmanlarından Ağdərə rayonu Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşərək şəhid olan polkovnik-leytenant Raquf Orucovun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunaraq üstünə tər güllər düzülüb.
SDU rəhbərliyi və kollektivi adından şəhidin ailə üzvlərinə başsağlığı verən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov Ağdam rayonunda doğulub Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında əbədi ünvan tapan Raquf Orucov kimi insanların bütün Azərbaycanın övladı olduğunu vurğulayıb. Şəhid zabitimizin həyat yolunun gənc nəsillər üçün nümunəyə çevrildiyini bildirən Elmar Xəlilov ali hərbi təhsilli polkovnik-leytenantın döyüş yolu barədə SDU tələbələrinin kifayət qədər məlumatlı olduğunu qeyd etdi.
Daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunan qəhrəmanın məzarı önündə ehtiram sükutuna dayanıldı.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az