Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BP SDU-ya 250 nüsxə kitab hədiyyə edib
BP SDU-ya 250 nüsxə kitab hədiyyə edib
Azərbaycanın uzunmüddətli, etibarlı tərəfdaşı və iri neft - qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti ölkənin həyatının ən mühüm sahələrinə - təhsilə,  yerli icmalarda imkanların yaradılmasına, kiçik və orta biznesin inkişafına, ətraf mühitin qorunmasına, xalqın zəngin mədəni irsinin və tarixinin tədqiqi və təbliğinə, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak edir.
Qeyd edək ki, BP şirkəti tərəfindən ingilis dilindən tərcümə olunan yeni vəsaitlərdən 5 adda 250 nüsxə ədəbiyyat  Sumqayıt  Dövlət  Universitetinin  Elmi kitabxanasına hədiyyə olunub. Bu ədəbiyyatlar professor-müəllim heyəti və tələbələr üçün yüksək keyfiyyətli tədris vəsaitidir.
Kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri BP – nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsidir. Bu kitablar müxtəlif sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara  BP – nin hədiyyəsidir.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az