Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsinin təşkilatçılığı ilə “Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş tədbir keçirilib
Filologiya fakültəsinin təşkilatçılığı ilə “Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş tədbir keçirilib
2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqda maarifləndirməyə həsr olunur. Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Psixologiya ixtisasının 935 saylı qrupunun təşkilatçılığı ilə Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə müəllimlərin, şagirdlərin, loqopedlərin və məktəb rəhbərliyinin iştirakı ilə “2 aprel Ümumdünya Autizm Maarifləndirmə günü”nə  həsr olunmuş tədbir keçirildi.
Tədbiri psixoloq Şəfəq Umudova açaraq BMT tərəfindən Dünya Autizm Maarifləndirmə Gününün elan olunmasından və hər il qlobal miqyasda qeyd olunmasından ölkəmizdə autizmlə bağlı vəziyyətdən, dövlət və qeyri-dövlət qurumlarının həmin istiqamətdə həyata keçirdiyi  işlərdən  danışdı. Qeyd etdi ki, tədbirin keçirilməsində də məqsəd ictimaiyyətin diqqətini autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.
Şəfəq Umudova autizm sindromunun ümumbəşəri problem olduğunu qeyd edərək ölkəmiz üçün son illərdə aktual olmasından danışdı. Autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında  məlumat verdi. Bildirdi ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Cəmiyyətin hər bir üzvünün onlarla münasibətdə diqqətli olmasının vacibliyini qeyd edən psixoloq autizmin xəstəlik deyil, fərqlilik olduğunu vurğuladı.
Tədbirin sonunda autizm sindromu mövzusunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və əhali arasında autizmlə əlaqədar maarifləndirilmənin artırılmasının əhəmiyyəti qeyd edildi.
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az