Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsində ADA universiteti ilə mübadilə çərçivəsində ortaq dərs təşkil olunub
SDU-nun Filologiya fakültəsində ADA universiteti ilə mübadilə çərçivəsində ortaq dərs təşkil olunub
Aprelin 2-də Filologiya fakültəsinin Məktəbəqədər təhsil ixtisası III kurs 942-942a qruplarında Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Sevinc Səyyad qızı Həmzəyevanın tədris etdiyi Yazılı ədəbiyyatda nağıl janrı fənninin növbəti mühazirəsi təşkil olundu. Bu dəfəki mühazirəyə ADA universitetinin Tələbə xidmətləri departamentinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Əsgərova dəvət edilmişdi. 
Dəvətin əsas məqsədi tələbələrin müasir nağıl yazarı ilə canlı dialoqunu təşkil etmək, yazıçı ilə bərabər müasir nağıl janrının problemlərini, körpələrin və uşaqların həm intellektual, həm də psixoloji-emosional tərbiyəsindəki mövqeyini araşdırmaq və müzakirə etmək idi.
Müasir ədəbi prosesdə nağıl janrı sahəsində öz imzası ilə seçilən Günel xanımın  ilk nağılı – “Sülh tütəyi” Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olub və Torontodakı festivalda təqdim edilib. Elə həmin il “Sülh tütəyi” nağılının ssenarisi ilə Hollivudda təmsil olunmuş, burada nağıl yüksək qiymətləndirilərək “Üzüklər hökmdarı”, “Malefisenta” kimi məşhur blokbasterlərlə bir sıraya qoyulmuşdur.
Dosent Sevinc Həmzəyeva dərs zamanı nağıl janrının didaktik, ədəbi və psixoloji mahiyyəti barədə məlumat verdi, Azərbaycan yazılı ədəbiyyatında nağıl janrının tarixinə nəzər saldı. Bu müstəvidə müasir Azərbaycan yazılı ədəbiyyatında nağıl yazarları içərisində dəsti-xətti və uğurları ilə fərqlənən Günel xanımın ədəbi fəaliyyəti də təhlil olundu. Həmçinin, dərsdə, yazıçı və gənclərin inkişafı üzrə ekspert Günel Əsgərova tərəfindən hazırlanmış “Maarif izilə” adlı Sosial Məsuliyyət Proqramı barədə məlumat verildi.  Proqramın məqsədi təhsil, gender bərabərliyi və ekoloji maarifləndirmə kimi milli və beynəlxalq dəyərləri təbliğ etməklə gənc nəsildə sağlam təfəkkürün formalaşdırılmasıdır. O, həmçinin, mütaliə vərdişlərini aşılayaraq, qlobal problemlər haqqında məlumatlılığı artırmaq, məsuliyyət hissini, təhsilə həvəsi, yaradıcılığı, liderlik bacarıqlarını, psixi sağlamlıq, vətənpərvərlik və intellektual qabiliyyətləri genişləndirməyə çalışır.
2024-cü il - Yaşıl Dünya naminə Həmrəylik İli çərçivəsində həmin layihənin cəmiyyətin inkişafına verdiyi  töhfə və  gənclərin təbiətə qarşı daha diqqətli davranması üçün  aşıladığı fikirlər vurğulandı, müəllifin təbiətə həsr olunmuş “Leyli və balaca adamın sirri” nağılı vasitəsilə uşaqları yaşıl mühitin əhəmiyyəti haqqında fikirlərlə maarifləndirmək istəyi xüsusi dəyərləndirildi.
Günel xanım da öz növbəsində dərsin mövzusuna uyğun problemləri özündə əks etdirən maraqlı slaydla çıxış etdi, nağılların üslubi xüsusiyyətləri incələndi, onun uşaqların tərbiyəsində oynadığı əhəmiyyətli rolu vurğulandı.
Aktiv şəkildə keçən mühazirədə tələbələr maraqlı suallarla gənc yazıçı ilə canlı dialoqa girdilər.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az