Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Novruz bayramı ərəfəsində müəssisələrlə görüş keçirilib
SDU-da Novruz bayramı ərəfəsində müəssisələrlə görüş keçirilib

Martın 15-də Novruz Bayramı ərəfəsində Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov SDU-nun əməkdaşlıq etdiyi müəssisələrin nümayəndələri ilə çay süfrəsi ətrafında görüş keçirib.
Görüşdə “STP”, “SOCAR Polymer”, “Giltex”, “Technoil”, “Bravo”, 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi, “Kapital Bank”, Sumqayıt Dünya məktəbinin nümayəndələri iştirak ediblər. 
Rektor Rüfət Əzizov çıxış edərək qonaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, bu görüşün Novruz bayramının ruhuna uyğun olaraq, müəssisələr arasında birlik və həmrəyliyi gücləndirən və bayram sevincinin bölüşüldüyü mühüm addım olduğunu vurğulayıb.
Görüşdə müəssisələrlə qarşılıqlı əlaqələrin indiki səviyyəsi, əməkdaşlığın genişlənməsi və gələcək perspektivləri müzakirə olunub.
Daha sonra qonaqlar universitetin əsas tədris binasının həyətində baş tutan təntənəli Novruz şənliyinə dəvət olunublar.

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az