Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt yeni inkişaf mərhələsində
Sumqayıt yeni inkişaf mərhələsində

Universitetimizin “Böyük Akt” zalında  “Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirdi ki, Azərbaycan sosial - iqtisadi baxımdan qüdrətlənməsilə  dünya birliyində layiqli yer tutur və həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın bütün istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. 
Təbii ki, bu yüksəliş doğma Sumqayıtımızın da timsalında aydın görünür. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illər Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu əyani təsdiq edir. Gənclər şəhəri olan Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir. Hələ sovet illərində Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu öndərin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndərin apardığı və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurla icrası, üçüncü Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərinin taleyində yeni bir cığır açdı. Sumqayıt Texnologiyalar Parkının,  Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət genişmiqyaslı tədbirlərin icrası müəyyən edilib. Bu gün cənab Prezidentin apardığı yenidənqurma siyasəti icra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi sayəsində uğurla həyata keçirilir. Şəhərimizdə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın, Heydər Əliyev Mərkəzinin, ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına mədəniyyət və istirahət parkının, şəhər icra hakimiyyəti aparatı binasının, şəhər Cümə məscidinin, “Kimyaçı” mədəniyyət sarayı qarşısındakı meydanın yenidən qurulması, daş örtüyünün yeniləşdirilməsi, yeni yaşıllıqların salınması və digər layihələr şəhərimizin daha da abadlaşmasına gətirib çıxarır.
Rektor Elxan Hüseynov onu da vurğuladı ki, İcra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi sayəsində Sumqayıt şəhərinin tarixi kitabı hazırlanır. Universitetimizin alimləri bu kitabın ərsəyə gəlməsində öz töhfələrini verəcək. Rektor çıxışında Universitetimizin Heydər Əliyev Məktəbində “Heydər Əliyevin Sumqayıt şəhərinin inkişafındakı xidmətləri” mövzusunda keçiriləcək məşğələdə cənab Zakir Fərəcovun da iştirak etməsini təklif etdi. 
SDU-nun Humanitar Məsələlər üzrə prorektoru, dosent NizamiNamazov “Sumqayıt yeni inkişaf mərhələsində ” məruzəsi ilə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən fəaliyyəti nəticəsində yaranmış siyasi və makroiqtisadi sabitlik, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi sayəsində güclü inkişafa nail olmuşdur. Yeni təyin olunmuş şəhər rəhbərliyi Prezidentin tapşırıq və tövsiyələrini qısa bir zamanda reallaşdırmaq üçün böyük səylə, əzmkarlıqla çalışır. Biz də öz növbəmizdə şəhərimizin abadlaşdırılması istiqamətində görülən işlərdə cənab Zakir Fərəcova könüllü  dəstək olacağıq.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, professor Nadir Kazımov, Qaçqınların və köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, universitetin YAP Gənclər Təşkilatının sədri Səma Əsədova məruzə ətrafında çıxış edərək gənclər şəhəri olan Sumqayıtın tarixindən, mədəniyyətindən, təhsilindən və İcra başçısı cənab Zakir Fərəcovun  Sumqayıt şəhərində son dövrlər   gördüyü  işlərdən bəhs etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az