Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Azərbaycan Təbabəti Muzeyinə ekskursiya ediblər
Tələbələrimiz Azərbaycan Təbabəti Muzeyinə ekskursiya ediblər
Martın 12-də Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın təşəbbüsü ilə Təbiət elmləri fakültəsinin biologiya ixtisası üzrə təhsil alan 358-ci qrup tələbələrinin Xətai rayonunda yerləşən Azərbaycan Təbabəti Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində tələbələrə muzey haqqında ətraflı məlumat verilmişdir. Burada olan qədim mikroskoplar, tibb alətləri, biologiya və tibb sahəsinə aid qədim kitablar, alimlərin şəxsi əlyazmaları tələbələrin böyük marağına səbəb olmuşdur.
Qeyd edək ki, muzey Azərbaycan  xalqının  mədəni irsinin mühüm hissələrini, qədim dövrlərdən başlamış bugünkü günə qədər respublikada tibb və səhiyyənin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini işıqlandırmaq məqsədilə təşkil olunmuşdur. Muzeyin fondunda ümumilikdə 13845 əşya saxlanılır. Burada Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılmış, əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim olunur. Stendlərdə həmçinin Prezident İlham Əliyevin səhiyyə islahatlarının aparılması yönündə verdiyi Sərəncam və Fərmanlar nümayiş olunur.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az