Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dünya qadınların gözü ilə” adlı seminar təşkil edilib
SDU-da “Dünya qadınların gözü ilə” adlı seminar təşkil edilib
Martın 6-da Sumqayıt Dövlət Universitetinin Gənclər klubunun təşkilatçılığı ilə “Dünya qadınların gözü ilə” adlı seminar təşkil edildi.
Seminarı Gənclər klubunun sədri Məleykə Xankişiyeva açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində belə seminarın keçirilməsindən və mövzunun aktuallığından danışdı. Daha sonra Klubun koordinatoru Nigar Əliyeva qonaqları - Psixi Sağlamlıq Mərkəzinin əməkdaşı, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu, Psixi Alqoritmlər nəzəriyyəsinin müəllifi, klinik psixoloq, psixoterapevt  Rövşən Nəzərlini və İPA Akademiyasının direktoru Afərim Quliyevanı iştirakçılara təqdim etdi.
Rövşən Nəzərli “Dünya qadınların gözü ilə” mövzusunda çıxış edərək qadınların müasir cəmiyyətdə yeri və rolu, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər haqqında danışdı. Bildirdi ki, kişi-qadın bərabərliyi bütün dünyada aktual problemlərdən biridir. Bu istiqamətdə qadın və kişilərin sosial vəziyyətindəki fərqləri izah etdi.
Seminar ərzində toxunulan məqamlar iştirakçıların böyük marağına səbəb oldu və bir çox həssas məsələlərə aydınlıq gətirildi. Seminar diskussiya şəklində davam etdi.
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az