Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
SDU-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Martın 6-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xudaverdi Əliyevin iştirakı ilə Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirildi.
Yığıncaqda çıxış edən Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlərdən danışdı. SDU HİK-nin sədri dosent Nemət İbayevin təşkilata sədrlik etdiyi illər ərzində fəallığından danışdı və ümumilikdə komitənin fəaliyyətini qənaətbəxş qiymətləndirdi.
SDU HİK-nin sədri dosent Nemət İbayev komitənin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabatla çıxış etdi. Hesabatda təşkilatın gəlir və xərclər smetasının icra vəziyyəti, o cümlədən universitetdə kollektivin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif xarakterli mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması, onların istirahətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə yerinə yetirilən işlər nəzərə çatdırıldı.
Hesabat dinlənildikdən sonra səsə qoyularaq qənaətbəxş hesab edildi.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verdi və SDU-nun Həmkarlar İttifaqı Komitəsinin gördüyü işləri qənaətbəxş dəyərləndirdi.
İclas sədr seçkisi ilə davam etdi. Komitə üzvlərinin böyük səs çoxluğu ilə dosent Nemət İbayev Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi.
Nemət İbayev ona göstərilən etimada görə təşəkkürünü ifadə edib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacağını bildirdi.
 
 
 Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az