Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Energy talks” layihəsi çərçivəsində seminar keçirildi
SDU-da “Energy talks” layihəsi çərçivəsində seminar keçirildi
Martın 6-da Sumqayıt Dövlət Universitetində Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) nümayəndələrinin və SDU-nun professor-müəllim, həmçinin doktorant, magistrant və tələbələrinin iştirakı ilə EMTA-nın həyata keçirdiyi “Energy talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində seminar keçirildi.
Seminarı giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq iştirakçıları salamladı və tədbirin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı. Ətraf mühitin qorunaraq sağlamlaşdırılması, su ehtiyatlarından istifadədə həssaslıq və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə yönündə keçirilən maarifçi tədbirlərin elmi tədqiqatlara impuls verəcəyini qeyd etdi.
EMTA-nın Mətbuat sektorunun müdiri Zeynab Kazımova səmimi qəbula görə rektor Rüfət Əzizova təşəkkürünü bildirərək təmsil etdiyi qurumun energetika üzrə kadr hazırlayan universitetlərlə əməkdaşlıq etdiyini bildirdi. SDU ilə əməkdaşlığın perspektivliyinə güvəndiyini qeyd edən Zeynab Kazımova universitetin öz elmi potensialı ilə bu işə böyük fayda verəcəyini vurğuladı.
Elmi seminar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti ilə bağlı videoçarxın nümayişi ilə davam etdi.
EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev “Azərbaycan Respublikasında enerji sisteminə baxış və bərpa olunan enerji sahəsində hədəflər” mövzusunda məruzə ilə çıxış etdi. Bu istiqamətdə ölkəmizdəki qanunvericilik və normativ hüquqi aktlar barədə məlumat verən şöbə müdiri bu hədəflər sırasında bərpa olunan enerji istehsalında inkişaf dinamikasını, həmçinin özəl sektorun çəkisini artırmağın vacibliyini vurğuladı. Bu yöndə qabaqcıl dünya təcrübəsindən, habelə o təcrübədə ağlagəlməz müsbət nəticələr qazanan Türkiyə Respublikasının nümunəsində “İstehsalat, ötürmə, istehlakçı” formulasının bəhrə verdiyini qeyd edən Elmar Güləliyev ölkəmiz üçün başlıca hədəflərdən birinin də 2030-cu ilə qədər bərpa olunan enerjinin çəkisini 30 faizə çatdırmaq, istilik effekti yaradan qazların emissiyalarını 35 faizə salmaq olduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda məruzələr ətrafında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı. 
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az