Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində voleybol yarışlarına start verildi
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində voleybol yarışlarına start verildi
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı SDU-nun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq martın 2-də Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun birgə təşkilatçılığı ilə tələbələrarası voleybol yarışlarına start verildi.
Yarışı universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq ölkəmizdə  idmanın inkişafı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, universitetin idman sahəsindəki uğurları sırasına hər il yeniləri əlavə edilir. Mütəmadi olaraq idmanın bir çox növü üzrə ali təhsil ocağında kütləvi yarışlar keçirilir.
Qeyd edək ki, yarışda universitetin 6 fakültəsinin və Sumqayıt Dövlət Texniki Kollecinin komandaları iştirak edirlər.
Yarışın nəticələrinə əsasən Mühəndislik, Riyaziyyat, İqtisadiyyat və idarəetmə və Təbiət Elmləri fakültələri martın 16-sı baş tutacaq yarımfinala vəsiqə qazandılar.
 
Mətbuat xidməti
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az