Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İxtisasdan peşəyə” mövzusunda görüş keçirilib
SDU-da “İxtisasdan peşəyə” mövzusunda görüş keçirilib
Martın 1-də Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsi ilə “Grandmarket” şəbəkələrinin birgə təşkilatçılığı ilə “İxtisasdan peşəyə” mövzusunda görüş keçirildi.
Görüşdə Grandmart MMC-nin marketinq rəhbərləri Tural Hacıyev, Raul Emre və İnsan Resursları Departamentinin rəhbəri Xaliqə Ağadadaşova iştirak edirdilər.
İqtisadiyyat və idarəetmə fakültəsi fakültəsinin dekanı dosent Aynurə Yahyayeva çıxış edərək qonaqları və iştirakçıları salamladı, görüşün əhəmiyyətindən danışdı. Bildirdi ki, ixtisaslı kadrların hazırlanması üçün belə görüşlərin keçirilməsi zəruridir. Dosent Aynurə Yəhyayeva tələbələrin təhsil alması üçün universitetdə yaradılan şərait və imkanlar, sənaye-universitet əlaqələrindən və rəhbərlik etdiyi fakültənin fəaliyyət istiqamətləri barədə məlumat verdi. Qeyd etdi ki, SDU öz fəaliyyətini daha da genişləndirərək, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Bugünkü təlimin də məqsədi gənclərin əmək bazarının tələbinə uyğun ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə dəstək olmaq, bu sahənin inkişafına töhfə verməkdir.
Sonra Grandmart MMC-nin Marketinq rəhbəri Tural Hacıyev çıxış edərək təmsil etdiyi şirkətin fəaliyyətindən bəhs etdi,  SDU ilə əməkdaşlıq əlaqələrindən danışdı. Bildirdi ki, yüksək ixtisaslı peşəkarlar kimi yetişən və elm sahəsində öz sözünü deyə biləcək gənclərimizin hər biri ölkəmizin güclü kadr və intellekt potensialıdır. Tural Hacıyev çıxışında marketlər şəbəkəsində həyata keçirilən marketinq strategiyalarından, AİDA modeli və bir sıra müasir marketinq metodlarının mahiyyətindən bəhs etdi. İstehlakçıları cəlb etmək və satışın həcmini artırmaq üşün həyata keçirdikləri müxtəlif kompaniyalardan nümunlər üzərində bəhs etdi.
Qeyd edək ki, hazırda SDU-nun qiyabi təhsil alan tələbələri Grandmart MMC-nin marketlər şəbəkəsində təcrübə keçirlər. May ayında isə əyani bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr də təcrübəyə gedəcəklər.
“Grandmart” MMC-ninİnsan Resursları Departamentinin rəhbəri Xaliqə Ağadadaşova çıxış edərək müasir dövrdə yeni işçilərin müsabiqədənkeçmə formalarını ətraflı izah etdi, müsabiqədə gənclərin əməl etməli olduqları vacib qaydalar, daha sonra ilk iş günündə özlərini necə aparmalı olduqlarını iştirakçıların nəzərinə çatdırdı. Sonda hər iki təlimçi auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az