Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Layihələrin idarə olunması” mövzusunda təlim keçirildi
“Layihələrin idarə olunması” mövzusunda təlim keçirildi
Martın 1-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşəbbüsü ilə "Layihələrin idarə olunması" adlı təlim keçirildi.
Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək təlimin aktual və eyni zamanda peşəkar iş həyatında uğur qazanmaq istəyən hər bir şəxs üçün önəmli olduğunu vurğuladı. Bildirdi ki, təlimin məqsədi  tələbə və müəllimlərin layihələrin hazırlanması və idarə olunması istiqamətində praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdir. Həmçinin SDU-da yeni yaradılan “Layihələrin idarə olunması” şöbəsi barədə məlumat verdi. Bu isə öz növbəsində müəllim-tələbə kontingentinin özünüinkişafının genişləndirilməsinə imkan yaradacaq.
Peşəkar təlimçi Vüqar Rüstəmli çıxış edərək Karyera və Məzunlarla İş Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirdi. O, innovativ layihələrin işlənib hazırlanması, layihənin yaratdığı dəyərlər, layihələrin kəşfi, prosesi, komponentləri, əsaslandırılması, təqdim olunması, müxtəlif modellərlə layihələrin təhlil edilməsi və inkişaf etdirilməsi, layihələrin effektiv idarə olunmasının qayda və prinsipləri barədə iştirakçılara məlumat verdi. Bildirdi ki, qarşıya qoyulmuş məqsədin reallaşmasında, hədəfə çatdırılmasında layihələrin düzgün idarə edilməsinin böyük rolu var.
Təlimin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar Vüqar Rüstəmli tərəfindən ətraflı cavablandırıldı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az