Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Microsoft Imagine Cup” müsabiqəsinə qoşulmaq şərtləri ilə tanış oldular
Tələbələrimiz “Microsoft Imagine Cup” müsabiqəsinə qoşulmaq şərtləri ilə tanış oldular

Universitetimizdə "Microsoft” şirkətinin Azərbaycan üzrə nümayəndəsi  Təhsildə Əməkdaşlıq meneceri Emin Axundovla tələbələrin görüşü keçirildi.
Görüşü  universitetimizin Qiyabi, distant və  əlavə təhsil üzrə prorektoru, dosent Qafar Atayev açaraq  "Microsoft " şirkətinin Azərbaycandakı fəaliyyəti  haqqında tələbələrə ətraflı məlumat verdi. Bildirdi ki, İnformasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan "Microsoft” şirkəti ölkəmizdə bir çox uğurlu layihələrə imza atır, inanıram ki, siz tələbələr bu müsabiqəyə qatılmaqla öz bilik və bacarığınızı nümayiş etdirəcəksiniz. 
Görüşdə "Microsoft” şirkətinin Azərbaycan üzrə Təhsildə Əməkdaşlıq meneceri Emin Axundov tələbələrə Azərbaycanda keçiriləcək  “Microsoft Imagine Cup” innovasiya  müsabiqəsi ilə bağlı məlumat verdi. 2014-cü ildən başlayan  bu müsabiqə “Oyunlar”, “İnnovasiyalar” və “Dünya vətəndaşlığı” kateqoriyalarından ibarət üç istiqamət üzrə, dünya finalında 33 komanda arasında Azərbaycanı təmsil etmiş NoObs komandası Spinal layihəsi ilə “İnnovasiyalar” nominasiyasında ikinci yerə layiq görülmüşdür. Qeyd etdi ki, bu müsabiqəyə qoşulmaq istəyən komanda 2016-cı ilin  yanvarın 5-dək qeydiyyatdan keçə bilərlər. Milli təsnifat mərhələsinin hər bir kateqoriya üzrə olan qalibləri cari ilin aprel ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinal mərhələsində qalib gələn komanda 2016-cı  ilin iyul ayında ABŞ-ın Sietl şəhərində təşkil ediləcək sonuncu – final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər. 
Siz tələbələr yeni ideyalarınızla bu müsabiqəyə qatılmaqla əvvəlcə ölkəmizə daha sonra isə dünyaya yenilik gətirmiş olacaqsınız.
Görüş aktiv və maraqlı dialoq şəklində keçirildi və sonda prorektor, dosent Qafar Atayev tələbələr adından Emin Axundova dərin təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az