Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun kimyaçı alimi Əkbər Ağayevin 70 illik yubileyi qeyd edildi
SDU-nun kimyaçı alimi Əkbər Ağayevin 70 illik yubileyi qeyd edildi
Fevralın 27-də Sumqayıt Dövlət Universitetində görkəmli kimyaçı alim, universitetin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, professor Əkbər Ağayevin 70 illik yubileyi qeyd edildi.
Bu münasibətlə, universitetin rektoru dosent Rüfət Əzizov professor Əkbər Ağayevi qəbul etdi, yubilyarın şərəfli ömür yolundan, səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, ömrünün böyük hissəsini SDU-da ixtisaslı kadrların hazırlanmasına həsr edən professor onlarla kitab, dərslik, dərs vəsaiti, həmçinin 18 ixtira və patentin müəllifidir. Elmi əsərlərinin 110-dan çoxu xarici ölkələrdə nəşr olunmuşdur. Respublikanın hüdudlarından kənarda nəşr olunmuş bir sıra monoqrafiyalarda, jurnallarda və elmi məqalələrdə onun elmi əsərlərinə istinadlar verilmişdir.
Rektor alimi 70 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Professor Əkbər Ağayev əməyinə verilən yüksək qiymətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.
Qeyd edək ki, professor Əkbər Ağayev 1983-cü ildən Sumqayıt Dövlət Universitetində çalışır. 1995-2000-ci illərdə Beynəlxalq əlaqələr üzrə prorektor, 2004-2006-cı illərdə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı vəzifələrini icra etmişdir. Hal-hazırda Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiridir.
Professor Əkbər Ağayev “Vektor” Beynəlxalq Elm mərkəzinin mükafat komissiyasının qərarı ilə “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu ilə təltif edilmişdir. O, yüksək keyfiyyətli kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanları ilə təltif edilmişdir. 2012-ci ildə isə respublikanın Əməkdar müəllimi Fəxri adına layiq görülmüşdür.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az