Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri ümumtəhsil məktəblərində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər təşkil ediblər
SDU tələbələri ümumtəhsil məktəblərində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər təşkil ediblər

Fevralın 26-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat, Xarici dil və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri təcrübə keçdikləri məktəblərin müxtəlif siniflərində Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər təşkil ediblər.
Sumqayıt şəhər 10 nömrəli, 4 nömrəli, 1 nömrəli, 15 nömrəli məktəblərdə və İdrak liseyində fakültə rəhbərliyi, məktəb direktorları və təcrübəçi müəllimlərin iştirakı ilə keçirilən tədbirlərdə ilk olaraq Xocalıda şəhid olanların fotosərgisi əks olunmuş guşəyə və həmçinin Xocalı haqqında yazılmış kitablara baxış keçirilib.
Müxtəlif formatda keçirilən tədbirlərdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin şagirdlərin ifasında “Xocalı ağısı” səsləndirilib, Xocalı faciəsi ilə bağlı hazırlanmış səhnəciklər nümayiş etdirilib.
Tələbələr şagirdlərə əsrin faciəsi haqqında Azərbaycan və ingilis dillərində təqdimat formasında məlumat veriblər. Xocalı soyqırımının xarici ölkələrdə və ölkəmizə gəlmiş xarici vətəndaşlara ingilis dilində çatdırmağın əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda Xocalı faciəsinin səbəbi, onun ağır nəticələri, faciə nəticəsində xalqımıza vurulan mənəvi və maddi zərərlər, xalqımızın gələcəkdə bir daha belə müsibətlərlə qarşılaşmaması üçün hansı addımların atılması barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı, həmçinin işğaldan azad olunmuş bir sıra torpaqlarımıza bayraq sancması ilə bağlı videoçarx izlənilib.
Tədbir zamanı tələbələr və şagirdlər faciəyə həsr olunmuş müxtəlif şeirlərlə çıxış etmişlər. Eyni zamanda yüksək yaradıcılığa malik şagirdlər müstəqil fikirlərini əks etdirdikləri esselər, müxtəlif mövzulu hekayələr təqdim ediblər.
Tədbir “Xocalı- uşaqlı, cavanlı, qocalı unutmayacağıq!” şüarı ilə sonlandırılıb.

Mətbuat xidməti

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az