Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz istehsalat təcrübəsini “Kaplan Trafo”da keçir
Tələbəmiz istehsalat təcrübəsini “Kaplan Trafo”da keçir
SDU-nun Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi ixtisasının tələbəsi Elçin Quliyev istehsalat təcrübəsini Türkiyə Respublikasının Ankara şəhərindəki “Kaplan Trafo”da keçir.
Telefon bağlantısı ilə təəssüratlarını bölüşən Elçin Quliyev istehsalat təcrübəsini dünyada tanınan “Kaplan Trafo”da keçməsini ağlagəlməz fürsət kimi qiymətləndirib və artıq təcrübəyə qoşulduğunu bildirib. Tələbəmiz Şirkətdə olduğu təcrübə müddətində Sumqayıt Dövlət Universitetini təmsil etdiyindən qürur duyduğunu bildirib.
Xatırlatma üçün qeyd edək ki, 50 ildir qardaş dövlətin paytaxtında fəaliyyət göstərən “Kaplan Trafo” istehsalat və xidmət fəaliyyətini ancaq Türkiyədə deyil, 39 ölkədə genişləndirib. Türkiyənin qabaqcıl transformator şirkətləri arasında yer alan “Kaplan Trafo” tədqiqat və inkişaf işlərinə əhəmiyyət verən, elektrik sektoru və texnologiyaları sahəsində möhkəm təmələ malik güclü bir qurumdur. Şirkətin son illərdə mühüm layihələrə imza atan Sınaq Laboratoriyası zəmanət və keyfiyyəti ilə tanınır, özünün insan resursları, korporativ çərçivəsi, çevik strukturu və dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti ilə bir çox qlobal layihələrdə sübut edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az