Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları TOT təlimlərində
SDU-nun əməkdaşları TOT təlimlərində

Fevralın 17-də ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları üçün təlim keçirib.
Təlimin əsas məqsədi təlimçilərin təlimçilik keyfiyyətinin artırılması, təlim proqramının qurulması və qiymətləndirilməsi, peşəkar təqdimetmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Təlimçi Fəridə Fərəcovanın apardığı “Təlimçilər üçün təlim”də (TOT) iştirak edən SDU-nun əməkdaşlarına ilk olaraq 4 moduldan ibarət təlimin əsas hədəfləri və metodları barədə məlumat verilib.
İştirakçıların interaktivliyi fonunda keçən tədbirdə universitet müəllimlərinin təlimçiyə ünvanladığı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər fevralın 18-i, 24-ü və 25-də modullar üzrə davam edəcəkdir. 

Mətbuat xidməti
 
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az