Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
Fevralın 15-də Sumqayıt Dövlət Universitetində 3 gün davam edən “Elm və Mühəndislik” düşərgəsinin son günü uğurla tamamlandı.
İlk olaraq düşərgəni “SOCAR Downstream Management” MMC-nin əməkdaşlarından İşə qəbul rəhbəri Ülvi Gülüşov açaraq gələcək mühəndislərin şirkətlə bağlı məlumatlandırılmasını təmin etmək məqsədilə təqdimatla çıxış etdi. İstehsalat üzrə böyük mütəxəssis Əhməd Əhmədzadə və Mexanika üzrə menecer Fərid Novruzov isə şirkətin istehsal sahələri, fəaliyyət istiqamətləri, hədəfləri və əmək şəraiti haqqında ətraflı məlumat verdilər.Təqdimatdan sonra tədbirin sual-cavab qismində fəallığı ilə seçilən tələbələr “SOCAR Downstream Management” MMC-nin hədiyyələri ilə mükafatlandırıldılar.
Düşərgənin II təqdimat hissəsində isə Azərbaycan-Gürcüstan-Türkiyə regionunda tanınan BP şirkətinin Təzyiq sistemlərin bütövlüyünün idarə olunması üzrə mühəndisi Aynurə Dəmirlinin gənclərlə görüşü baş tutdu. Görüşdə şirkətin fəaliyyəti və şirkət tərəfindən reallaşdırılan layihələr barədə ətraflı məlumat verildi. Həmçinin tələbə və məzunlar üçün yaradılan imkanlar, iş və təcrübə proqramlarından danışıldı. Aynurə Dəmirlinin çıxışına yüksək maraq göstərən tələbələr suallar ünvanladılar. Sualları cavablandıran BP nümayəndəsi tələbələri fəal olmağı və BP-nin tələbə və məzunlar üçün yaradılan imkanlardan faydalanmağı tövsiyə etdi.
“Elm və Mühəndislik” düşərgəsi çərçivəsində iştirakçılar SOCAR Polimer MMC-nin istehsal sahələrinə ekskursiyada oldular. Onlar zavodun ekstruder, polimerizasiya qurğuları, anbar və idarəetmə otağını daha yaxından görmək imkanı qazandılar. Xüsusilə, laboratoriyalar iştirakçılarda böyük maraq oyatdı.
Ekskursiyadan sonra universitetin rektoru dosent  Rüfət Əzizov düşərgənin sonuncu günü iştirakçılar ilə görüşdü, universitet tarixində ilk dəfə olaraq “Karyera və Məzunlarla İş Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən “Elm və Mühəndislik” düşərgəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, düşərgənin təşkili universitet-sənaye əməkdaşlığının potensial inkişaf istiqaməti üçün böyük töhfə olmağı ilə yanaşı, həmçinin müxtəlif nüfuzlu şirkətlərin mütəxəssisləri ilə təşkil olunan görüşlər də onların gələcək karyerasına öz müsbət təsirini göstərəcək.
Rektor gənclərin dayanıqlı inkişafına xidmət edən bu tip genişmiqyaslı layihələrin davamlı olmasını arzuladı.
Sonda düşərgə iştirakçılarına rektor dosent Rüfət Əzizov tərəfindən sertifikatlar təqdim edildi. Bununla da SDU-nun ilk “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla, xoş təəssüratlarla yekunlaşdırdı. 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az