Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BDU-nun Elmi Kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə SDU-ya kitablar hədiyyə edib
BDU-nun Elmi Kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə SDU-ya kitablar hədiyyə edib
Fevralın 15-də Beynəlxalq kitab bağışlama günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Kitabxanasına müxtəlif ixtisaslara uyğun 147 adda 360-a yaxın nüsxə kitab hədiyyə edib. Hədiyyə olunmuş kitablar arasında Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, tarixi, pedaqogika, ekologiya, coğrafiya, təhsil, iqtisadiyyat, menecment, bank işi, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər, dərsliklər yer alır.
Təqdimat tədbirində çıxış edən Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışaraq bildirib ki, BDU-nun Elmi Kitabxanası hər il 14 fevral tarixində kitab bağışlama aksiyası keçirir. Kitabxana bu il də ənənəyə sadiq qalaraq yeni çapdan çıxmış BDU nəşrlərini, ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərini Sumqayıt Dövlət Universitetinə hədiyyə edir.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov bu cür aksiyanı yüksək dəyərləndirərək BDU-nun Elmi Kitabxanasının direktoru Nigar xanıma təşəkkürlərini bildirib.
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az