Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 14-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru dosent Rüfət Əzizov şura üzvlərini salamladı, 7 fevral növbədənkənar Prezident seçkilərinin uğurla başa çatması və universitetin professor-müəllim heyətinin seçkilərdə aktiv iştirakını xüsusi qeyd edərək kollektivi təbrik etdi. Sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələlər barədə məlumat verdi və gündəlik təsdiq olundu.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə bakalavriat və magistratura səviyyələri üzrə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev, imtahan sessiyası dövründə apellyasiyaya müraciət edən tələbələrin statistikası və apellyasiyanın nəticələri barədə Rektorun müşaviri, dosent Könül Abaslı, imtahan sessiyası dövründə müəyyən edilmiş bəzi nöqsanlar barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci üzrə SDTK-nın direktoru dosent  Mətanət Pirquliyeva geniş məlumat verdilər. Qeyd etdilər ki, imtahan sessiyası dövründə universitet rəhbərliyinin nümayəndələri tərəfindən imtahanların mütəmadi izlənilməsi imtahan sessiyasının yüksək səviyyədə keçirilməsini şərtləndirmişdir. Bakalavriat və magistratura səviyyələri üzrə imtahan sessiyası dövründə İmtahan qərargahının və Apellyasiya komissiyasının fəaliyyətləri müsbət qiymətləndirildi.
SDU-nun fakültələrində struktur dəyişikliklərinin həyata keçirilməsi barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış etdi. Diqqətə çatdırdı ki, Kimya və biologiya, Mühəndislik, Fizika və elektroenergetika fakültələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün müəyyən struktur dəyişikliyin aparılması zərurəti yaranmışdır. Ona görə də Kimya və biologiya, Mühəndislik, Fizika və elektroenergetika fakültələri yenidən formalaşdırılaraq Mühəndislik və Təbiət elmləri fakültəsi kimi fəaliyyət göstərməsi, Kimya və biologiya fakültəsinin adında qismən dəyişiklik edilərək, Təbiət elmləri fakültəsi adlandırılması, Kimya və biologiya fakültəsindən mühəndislik ixtisaslarının Mühəndislik fakültəsinə, Fizika və elektroenergetika fakültəsindən təbiət elmlərinə aid ixtisasların Təbiət elmləri fakültəsinə, mühəndislik ixtisaslarının isə Mühəndislik fakültəsinə keçirilməsi qərara alındı. Kimya və biologiya, Mühəndislik, Fizika və elektroenergetika fakültələrində uyğun ixtisasların uyğun fakültəyə toplanması məqsədilə, müvafiq struktur dəyişikliyinin həyata keçirilməsi üçün müvafiq təhlillərin aparılması və təkliflərin hazırlanıb rektorluğa təqdim edilməsi yaradılmış Komissiyaya həvalə olundu.
Müxtəlif məsələlərin müzakirəsində SDU-nun Dil və tərcümə mərkəzinin Əsasnaməsinin yeni redaksiyada təsdiqi ilə bağlı Elmi katib professor Muxtar Səmədov məlumat verdi.
Tələbələrin Beynəlxalq İngilis Dilində Test Sistemi (IELTS) imtahanlarına hazırlanması üçün Dil və tərcümə mərkəzi əməkdaşlarının təcrübə toplamalarının təmin edilməsi Mərkəzin direktoru Jalə Məmmədovaya tapşırıldı.
Sonra Neft kimyası və kimya mühəndisliyi kafedrasının sabiq dissertantı Fəridə Yusiflinin dissertasiya işi yeni redaksiyada təsdiq edildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar qeyd olundu ki, Elmi Şuraya10 adda tədris vəsaiti daxil olub, onlardan 3-ü dərs vəsaiti, 1-i metodik vəsait, 6-sı fənn proqramıdır.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az