Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun startap layihələrinin müzakirəsi keçirildi
SDU-nun startap layihələrinin müzakirəsi keçirildi
Yanvarın 19-da SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin startap komandası ilə SUP.VC şirkəti arasında növbəti görüş keçirilmişdir. Görüşdə İnnovasiya Yaradıcılıq Mərkəzinin iki startap layihəsinə baxılmış və müzakirəsi aparılmışdır. Müzakirə zamanı "Fastycar.az" və "Meliordism.az" layihələrinin "demo day" üçün hazırlanmasında lazımi olan bəzi detallar vurğulanmış və texniki dəstək üçün sup.vc komandasının developerlərinə müraciət edilmişdir.
Görüşdə SUP.VC şirkətinin IT üzrə mentoru Nail Seyidov və şirkətin rəhbəri Rəşad Eyvazov da iştirak etmişdir. Şirkət rəhbəri komandamızın "fastycar.az" layihəsi üçün bəzi fikirlərini bölüşmüş və bu layihənin daha uğurlu olacağını vurğulamışdır. Hal-hazırda SDU-nun startap komandası layihələr üzərində işləyərək “demo day” zamanı uğur qazanmağı hədəfləyir. Komandamıza uğurlar arzulayırıq.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az