Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ilk dəfə səs verəcək tələbələrlə görüş keçirilib
SDU-da ilk dəfə səs verəcək tələbələrlə görüş keçirilib
Ölkəmiz növbəti Prezident seçkisi ərəfəsindədir. Bununla əlaqədar olaraq yanvarın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici görüş təşkil edilib.
Görüşün təşkilində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması idi.
Görüşü universitetin Həmkarlar İttifaqı Komitəsininin sədri dosent Nemət İbayev açaraq qonağı və iştirakçıları salamladı. İlk dəfə səs verəcək gənc seçiciləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, onları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə və parlaq gələcəyə səs verməyə çağırdı. Bu istiqamətdə belə maarifləndirici görüşlərin əhəmiyyətindən danışdı. Hal-hazırda gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırdı. 
Sonra 44 saylı Sumqayıt III seçki dairəsinin katibi Flora Vəliyeva çıxış edərək ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbədənkənar Prezident seçkiləri barədə məlumat verdi, gəncləri səsvermə haqqında maarifləndirərək seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə geniş çıxış etdi. Bildirdi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. Bu istiqamətdə MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılır.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Mətbuat xidməti
 
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az