Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun məzunu Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alacaq
SDU-nun məzunu Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alacaq
Hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Bu istiqamətdə yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Hal-hazırda gənclərin xaricdə doktorantura səviyyəsi üzrə yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu günlərdə 2023-cü il üçün sözügedən proqram çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olundu. Sevindirici haldır ki, 2023-cü ildə müvafiq beynəlxalq reytinq sistemlərində “universitetlər üzrə top 500”də yer alan xarici ali təhsil müəssisələrində “2019-2023 Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsində “Təbiət” ixtisas istiqaməti üzrə təhsil alacaq gənclərdən biri də SDU-nun Kimya və biologiya fakültəsinin məzunu Toğrul Sadıxovdur. O, magistr təhsilini Türkiyənin İstanbul Universitetinin Molekulyar biologiya və genetika ixtisası üzrə alıb.
Qeyd edək ki, Toğrul Sadıxov həmçinin doktorantura səviyyəsi üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanıb.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az