Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz tələbə qızlar üçün təqaüdə layiq görülüb
Tələbəmiz tələbə qızlar üçün təqaüdə layiq görülüb

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün elan edilən təqaüd proqramının nəticələrinə əsasən Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin 3-cü kurs tələbəsi Ayşə Əliyeva bu təqaüdə layiq görülmüşdür.
Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər. Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə verilib. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az