Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Məzunumuz tələbələrlə karyera uğurlarının sirlərini paylaşdı
Məzunumuz tələbələrlə karyera uğurlarının sirlərini paylaşdı
Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlara İş Mərkəzinin təşəbbüsü ilə tələbələrin praktiki bilik və bacarıqlarının artırılması təcrübəsinin öyrənilməsi məqsədilə iş fəaliyyətində uğur qazanmış rəhbər, vəzifəli şəxslərlə, xüsusilə tələbə-məzun istiqamətində görüşlər təşkil edilir.
Dekabrın 29-da SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya Mərkəzinin Baş mütəxəssisi, SDU-nun məzunu Aysel Zahidova “Enerji keçidində araşdırma və tədqiqatın rolu mövzusunda  universitetdə təlim keçdi.
Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova çıxış edərək qonağı və iştirakçıları salamladı, qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, görüşün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, rəhbərlik etdiyi mərkəzin  fəaliyyəti tələbələrin gələcək iş həyatına fəal qoşulmasını təmin etməyə yönəlib. Bu məqsədlə müxtəlif təlim və infosessiyalar keçirilir, tələbələr müxtəlif şirkətlərin təcrübə proqramları ilə tanış olurlar.
Nəsibə Əmirbəyova SDU məzunu Aysel Zahidovanı tələbələrə təqdim etdi və onun karyerasındakı uğurlarından danışdı. Bildirdi ki, belə görüşlər tələbələrin  əmək bazarı barədə məlumatlılığını artırmaq, onları gələcəyin peşə və bacarıqları ilə tanış etməkdən ibarətdir.
Aysel Zahidova çıxış edərək iştirakçıları salamladı, Sumqayıt Dövlət Universitetinin onun karyerasındakı rolundan və ölkədə gənclərə təhsil, karyera, xaricdə təhsil və bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətdən danışdı, bu siyasətin ölkəmizə qazandırdığı uğurlardan bəhs etdi. O, təmsil etdiyi SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya Mərkəzinin fəaliyyəti, gənclərlə bağlı həyata keçirilən layihə və proqramlar haqqında məlumat verdi. Tələbələrin seçdiyi ixtisasdan asılı olaraq və ya olmayaraq düzgün peşə seçimi, fərdi və karyerada inkişaf metodları, iş seçimi qaydaları, karyera planlaması,  karyerada yüksəliş  və bu sahədə topladığı bilik və təcrübələrini bölüşdü. 
İnteraktiv şəkildə keçən görüş tələbələrin marağına səbəb oldu.
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az