Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri
SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri
Dekabrın 16-dan 28-dək SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilmişdir. Sorğuda 1000 nəfər iştirak etmişdir.
“SDU-nun rəsmi saytı və sosial media hesabları barədə məlumatınız varmı?” sorğusuna əsasən 97,3% bəli, 2,7 % xeyr cavabını qeyd etmişdir.
“Universitetdə görülən işlərlə bağlı informasiyaları daha çox hansı mənbələrdən əldə edirsiniz?” sorğusuna əsasən 38,3 % rəsmi saytdan, 51,9 % sosial media hesablarından, 0,8 % KİV-dən, 9 % isə digər vasitələrlə əldə etdiyini qeyd edib.
“Universitetin rəsmi saytının strukturunu necə qiymətləndirirsiniz?” sorğusuna əsasən 70,3% yaxşı, 26,75 qənaətbəxş, 2,9 % isə qaneedici hesab etmir.
“SDU-nun rəsmi saytında informasiyaların paylaşılma tezliyi sizi qane edirmi?” sorğusuna əsasən 78,9% bəli, 17,3% qismən, 3,8% xeyr cavablarını qeyd edib.
“SDU-nun rəsmi saytında yayımlanan informasiyaların dolğunluğu sizi qane edirmi?” sorğusuna əsasən 81% bəli, 16% qismən, 3% xeyr cavablarını qeyd edib.
“Məlumatların hansı formada paylaşımı diqqətinizi cəlb edir?” sorğusuna əsasən 53,1 % foto, 33,1% yazılı, 13,8% video şəklində cavablarını qeyd edib.
“SDU-nun sosial media hesablarının fəaliyyətini necə qiymətləndirirsiniz?” sorğusuna əsasən 55,1 % əla, 43,1 % qənaətbəxş, 1,8% qaneedici hesab etmir.
“Sorğularınızın cavablandırılmasının operativliyi sizi qane edirmi?” sorğusuna əsasən 73,8% yaxşı, 22,60% qismən, 3,5% qaneedici hesab etmir.
Qeyd edək ki, aparılmış sorğu çərçivəsində universitetin ictimaiyyəti məlumatlandırma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində iştirakçıların rəy və təklifləri dəyərləndiriləcək.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az