Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İlin Tələbəsi” müsabiqəsinin nəticələri bəlli oldu
“İlin Tələbəsi” müsabiqəsinin nəticələri bəlli oldu
“Təhsil” nominasiyası üzrə yer tutan tələbələrimiz
1-ci yerin qalibi Riyaziyyat fakültəsinin tələbəsi Ləman Əhədova - SDU-nun “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 2 tələbəsindən biridir. I kursdan etibarən “Əlaçı” təqaüdü alır. “Nömrə 1” Tədris Mərkəzində 15.09.2023-30.11.2023 tarixləri arasında təcrübə keçmişdir. “Code Academiya”nın 27.02.2023-31.05.2023-cü il tarixlərində “Web Programming Essential” proqramında uğurla iştiraka görə Sertifikat əldə edib. SDU-da keçirilən VIII Tələbə Elmi Konfransında 1 yer tutub.
2-ci yerin qalibi Tarix və coğrafiya fakültəsinin tələbəsi Naibə Nəsirova -  Hal-hazırda Karyera və Psixologiya Mərkəzinin “İsim” kursu layihəsində müəllim-koordinator kimi fəaliyyət göstərir. Əlaçı təqaüdü alır. Dövlət Diplomatiya Mərkəzi tərəfindən keçirilən Dövlət Təqaüdü proqramında “Ümumilli Lideri Heydər Əliyev: Dövlətinə həsr edilmiş bir ömür” esse-yazı müsabiqəsinin qalibi olaraq təqaüdə layiq görülüb. İxtisası ilə bağlı Respublika və Beynəlxalq elmi konfranslarda iştirak edir.
3-cü yerin qalibi Kimya və biologiya fakültəsinin tələbəsi Səddan Səfərov - SOCAR “Yay Təcrübə Proqramı”nda iştirak edib. 12.07.2023–05.08.2023-cü il tarixlərində Heydər Əliyev adına Neft Emalı Zavoduna, 06.08.2023 – 02.09.2023-cü il tarixlərində SOCAR-ın Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim” neft-kimya kompleksi və “Star” Neft Emalı Zavoduna ezam edilib. Təcrübə proqramında SƏTƏM üzrə istehsalat təcrübəsi keçib. K.F.Boqatıx adına “Proseslər və aparatlar kimyası texnologiyası” üzrə VI Beynəlxalq tələbələrarası olimpiada da iştiraka görə diploma layiq görülüb.
“Elm və innovasiya” nominasiyası üzrə yer tutan tələbələrimiz:
1-ci yerin qalibi Mühəndislik fakültəsinin tələbəsi Amin Nəcəfli - “SAF 2023” STEAM Azərbaycan Festivalında “deep dive” kateqoriyası üzrə II yerə layiq görülüb. 2023 ICPC Azərbaycan 1/8 Regional Müsabiqəsində müvəffəqiyyətlə iştirak edərək Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən Çempionata vəsiqə qazanıb. “WRO (World Robot Olympiad) 2023” Azərbaycan mərhələsində “Robomission Senior” kateqoriyasında 2-ci yer tutub. Rusiyada keçirilən beynəlxalq "Yüksək Texnologiyalar" çempionatında "Hava Robotexnikası" üzrə 3-cü yerə layiq görülüb.
2-ci yerin qalibi Kimya və biologiya fakültəsinin tələbəsi Səid Əliyev - SDU-nun Enactus komandasında layihə meneceri, İnnovasiya Yaradıcılıq Mərkəzinin rəhbər koordinatoru və StartUp mentoru olaraq fəaliyyət göstərir.  Hal-hazırda “Meliordism”, “FastyCar”, “Helix”, “Water Guardian” adlı startap layihələrinin üzərində işləyir. “Meliordism” layihəsi “Enactus Biznes Məktəbi”də final mərhələsinə vəsiqə qazanmışdır. SDU-da Startaplarla bağlı tələbələr üçün mütəmadi təlimlər keçir.
3-cü yerin qalibi Tarix və coğrafiya fakültəsinin tələbəsi Nübar Osmanova - SDU-nun “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 2 tələbəsindən biridir. “Gələcəyin Müəllimi” təqaüdü alır. SDU-da VIII Tələbə Elmi Konfransında II yerə layiq görülüb. Mütəmadi olaraq Respublika və Beynəlxalq elmi konfranslarda iştirak edir. 3rd International “Artemis” Congress On Humanities And Social Sciences-də elmi məqaləsi çap olunub. Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransında çıxış edərək Sertifikat əldə edib.
“Fəal tələbə” nominasiyası üzrə yer tutan tələbələrimiz:
1-ci yerin qalibi Kimya və biologiya fakültəsinin tələbəsi Məleykə Xankişiyeva - SDU üzrə seçilən 9 “Brend” tələbədən biridir. ATGTİ-nin “İlin TGT fəalı” seçilib. SDU da “ Heydər Əliyev” ilinə həsr edilmiş Vl debat natiqlik turnirinin “Fərqlənən natiqi” sertifikatına layiq görülüb. “ Zəfər səlnaməsi “ tədbirində iştiraka görə Fərqlənmə diplomu əldə edib. Tələbə Təşkilatlarında aktiv üzvüdür. Fakültədaxili keçirilən tədbirlərin bir çoxunun təşkilatçısıdır.
2-ci yerin qalibi Riyaziyyat fakültəsinin tələbəsi Nəzrin Həsənzadə - SDU üzrə seçilən 9 “Brend” tələbədən biridir. Tələbə Təşkilatlarının fəal üzvüdür. Universitetdə keçirilən tədbirlərdə mütəmadi olaraq çıxışlar edir. Dəfələrlə universitetin Fəxri Fərmanına layiq görülüb. Vətəndaş Debat Cəmiyyətinin dəstəyi ilə keçirilən turnirdə “Ən yaxşı natiq”lərdən biri olmuşdur. SDU-da baş tutan idman yarışlarında, TEC-in tədbirlərində fəal iştirak edir. Enactus Biznes Məktəbində iştiraka görə sertifikat qazanmışdır. Sumqayıt bulvarı ərazisində keçirilən kross yarışında III yerin qalibi olmuşdur.
3-cü yerin qalibi Fizika və elektroenergetika fakültəsinin tələbəsi Musa Xəlilov - Bədii-yaradıcılıq müsabiqə festivalında fəal iştiraka görə Elm və təhsil nazirliyi və ATİAHİ-nin Diplomu təqdim olunub. SDU-da keçirilən mədəni-kütləvi tədbirərdə fəal iştirak edir. Tələbə təşkilatlarının fəal üzvüdür. Dəfələrlə universitetin və tələbə təşkilatlarının Fəxri Fərmanına layiq görülüb. “İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi” üzrə müsabiqə qrantının qalibidir. SDU-da keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənməyə görə sertifikatla təltif edilib. Milli-müsabiqə festivalında bədii qiraət nominasiyası üzrə iştirakçı olub.
“İdman” nominasiyası üzrə yer tutan tələbələrimiz:
1-ci yerin qalibi Kimya və biologiya fakültəsinin tələbəsi Vahid Həsənov - SDU-nun idman klubunun “Futbol”, “Voleybol”, “Basketbol” komandalarının aktiv üzvüdür. SDU-da fakültələrarası voleybol yarışında 2-yerə layiq görülüb. Çexiyanın Praqa şəhərində“Avropa çempionatında”qızıl medalına, Belarusiyanın Minsk şəhərində keçirilən “Beynəlxalq turnirdə” iki qızıl, bir gümüş və kuboka layiq görülüb. Gürcüstanın Tiblisi şəhərində keçirilən “GRAND PRİX”-də 3 cü yer tutub. “GRAND WİNNER”turnirində 2 qızıl və “Grand WİNNER” kəməri qazanıb. “CASPİAN SEA” turnirində 2 qızıl medal əldə edib.
2-ci yerin qalibi Kimya və biologiya fakültəsinin tələbəsi Ayaz Babayev - SDU-nun idman klubunun aktiv tələbəsidir. “Qayadırmanma” idman növü ilə məşğuldur. İlk dəfə Sumqayıt Dövlət Universitetinin bayrağını Azərbaycanın ən yüksək zirvəsi olan “Zəfər” zivəsində dalğalandırmışdır. Fövqaladə Hallar Nazirliyi tərəfindən “Gənc Mülki Müdafiəçilər” təlimini uğurla başa vuraraq Sertifikata layiq görülüb.
3-cü yerin qalibi Mühəndislik fakültəsinin tələbəsi Məmməd Əliyev - SDU-da keçirilən müxtəlif idman yarışlarında mütəmadi olaraq iştirak edir. İdman klubun aktiv tələbələrindəndir. SDU-nun futbol, basketbol, şahmat, dama, voleybol yarışlarında mütəmadi olaraq iştirak edir və dəfələrlə yer tutaraq Fəxri fərmanlara layiq görülüb. SDU-nun Voleybol komandasında Respublika Universiadalarında iştirak edir.
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az