Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə növbəti təlim
Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə növbəti təlim
Dekabrın 18-də SDU-nun Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının təşkilatçılığı ilə “İnformasiyanın sürəti və effektiv şəkildə yaddasaxlama, yaddaş texnologiyası və yaddaşın gücü” mövzusunda təlim keçirildi.
Təlimi giriş sözü ilə açan fakültə dekanı dosent Xalidə Həsənova iştirakçıları salamladı, ölkəmizdə yaddaş texnologiyası üzrə çalışan, idman ustalığına namizəd təlimçi müəllim Gündüz Məmmədovu tələbələrə təqdim etdi və onun pedaqoji, məşqçi-müəllim və təlim fəaliyyəti haqqında məlumat verdi.
Gündüz Məmmədov bu sahənin aktuallığı və effektivliyindən bəhs edərək yaddaş təliminin səmərəliliyinin əhəmiyyətindən və öz fəaliyyəti dövründə qarşılaşdığı yeniliklərdən danışaraq təlimə keçid etdi.
Təlim təşkilatçı kafedranın baş müəllimi Nicat Həsənlinin moderatorluğu ilə başladı.
Təlim zamanı aparılan diskussiya, tələbələr üzərində tətbiq olunan təcrübələr geniş auditoriyanın marağına səbəb oldu. 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az