Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimizə “Heydər Əliyev adına təqaüd” təqdim olunub
Tələbələrimizə “Heydər Əliyev adına təqaüd” təqdim olunub
15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı keçirilib. 
Qurultayda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub. 
Daha əvvəldə xəbər verdiyimiz kimi SDU-nun Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Nübar Osmanova və Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Ləman Əhədova “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşdür.
Qurultayda SDU-nun rektoru Rüfət Əzizov ilə tələbələr arasında görüş baş tutub. Rektor tələbələri təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 min manat məbləğində birdəfəlik ödənilir.  
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az