Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı beynəlxalq təlimlərdə iştirak edib
SDU-nun əməkdaşı beynəlxalq təlimlərdə iştirak edib
Daha öncə məlumat verdiyimiz kimi Sumqayıt Dövlət Universiteti (SDU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyəti növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsinin tərəfdaşlarından biridir.
Yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənmək məqsədi ilə cari ilin 3-9 dekabr tarixlərində layihə çərçivəsində İtaliyanın Boloniya Universitetinə (UNIBO) işgüzar səfər təşkil olunmuşdur.
Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul olan professor-müəllim heyəti ilə REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycan (yerli) ali təhsil müəssisələri ilə görüş keçirilib. Görüşün ikinci hissəsində yerli ali təhsil müəssisələri üzrə nümayəndələr təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat, uğurları və REFRESH layihəsi müddətində atacaqları addımlar, fəaliyyət istiqamətləri haqqında xarici auditoriyaya məlumat veriblər. Sözügedən təlim proqramının növbəti günlərində UNIBO-nun sənaye mühəndisliyi kafedrasının professor-müəllim heyəti (Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti, Alberto Borghetti) Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinə yaşıl və dayanıqlı enerjinin inkişafı üçün gördükləri fəaliyyət, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində göstərdikləri təşəbbüslər haqqında seminarlar vermişdir. Bundan əlavə UNIBO-nun tədqiqat və innovasiyalar mərkəzinin əməkdaşları (Livia Mercatelli e Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi, Giuseppe Nottola) UNIBO-da tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla yerli auditoriya qarşısında çıxış etmiş və onların suallarını cavablandırmışdır.
Təlim proqramının sonuncu günü Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımlarını müəyyən etmək məqsədilə yekun görüş keçirmişdir.
Qeyd edək ki, SDU-dan təlimlərdə Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov iştirak edib.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az