Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Erasmus+ “Jean Monnet” layihələrinin yazılması ilə bağlı infosessiya
Erasmus+ “Jean Monnet” layihələrinin yazılması ilə bağlı infosessiya
Dekabrın 14-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ “Jean Monnet” layihələrinin yazılması ilə bağlı infosessiya keçirildi.
Tədbirin məqsədi əməkdaşlara Erasmus+ “Jean Monnet” layihələrinin yazılması, prioritet mövzuların və modulun seçilməsi barədə məlumat vermək idi. Avropa Komissiyası tərəfindən 1989-cu ildən tədris və tədqiqatda mükəmməlliyi təşviq etmək üçün təklif olunmuş Jean Monnet Fəaliyyətlərindən 100-ə yaxın ölkədən 9000-ə yaxın müəllim və 1000-dən çox universitet maliyyə dəstəyi almışdır. Azərbaycandan Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universiteti Jean Monnet Module proqramının qalibi olmuşlar.
Təqdimatla çıxış edən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva Jean Monnet Module, Jean Monnet Chair və Jean Monnet Centre of Excellence barədə ətraflı məlumat verdi. Prioritet sahələr və mövzular, layihə büdcəsi, maksimum maliyyələşmə məbləği, dünyada və Azərbaycanda qazanılmış layihələrin xüsusiyyətlərini vurğulayan Sədaqət Fətullayeva layihə qiymətləndirilməsinin meyarları, müəlliflərin Avropa İttifaqının portalında qeydiyyatdan keçirilməsi və layihələrin yüklənməsi detallarını qeyd etdi.
Bütün fakültələrdən professor-müəllim heyətinin iştirak etdiyi infosessiya sual-cavab sessiyası ilə başa çatdı.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü il üçün Erasmus + çağırışlarını açıq elan etmişdir. Layihələrin təqdim edilməsi üçün son tarix 1 fevral 2024-cü ildir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az