Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun komandası Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin yarımfinalında
SDU-nun komandası Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin yarımfinalında
Dekabrın 12-də SDU-nun “Avtomatika və idarəetmə kafedrası”nın professoru Cavanşir Məmmədovun rəhbərlik etdiyi Mühəndislik fakültəsinin 2-ci kurs tələbələri Səxavət Cəfərli, Mövla Əhməd, Amin Nəcəflidən ibarət SDU-3 komandası Gürcüstan Respublikasında yerləşən Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetində keçirilən “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edir.
Qeyd edək ki, müsabiqənin regional mərhələsində (XIX Azərbaycan Birinciliyi) Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak etmişdir. SDU-3 komandası hər iki mərhələni uğurla keçməyi bacararaq yarımfinala vəsiqə qazanmışdı.
Müsabiqənin yarımfinalı dekabrın 14-dək davam edəcək.
Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az