Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin əməkdaşları konfrans çərçivəsində Kazan Dövlət Energetika Universitetində olublar
Fizika və elektroenergetika fakültəsinin əməkdaşları konfrans çərçivəsində Kazan Dövlət Energetika Universitetində olublar
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetinin 55 illik yubileyinə həsr olunmuş IX Milli Elmi-Praktiki konfransda iştirak edib.
Konfransda iştirak edən Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, Yarımkeçiricilər və dielektriklər fizikası elmi-tədqiqat laboratoriyasının müdiri dosent Xəyalə Əliquliyeva, eləcə də Elektrotexnika və energetika kafedrasının laboratoriya müdiri Nadir Arıxov birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim və tələbə mübadiləsinin keçirilməsi və peşə təlimləri hazırlanması barədə fikir mübadiləsi etmişlər.
Konfransda yüksək səviyyədə iştiraka görə əməkdaşlarımız sertifikatlarla təltif edilmiş və Kazan Dövlət Energetika Universiteti adından rektor Rüfət Əzizov cənablarına təşəkkürnamə ünvanlanmışdır.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az