Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
Fakültələrdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
Müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onu daim ehtiramla yad edir.
Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə fakültələrdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbirlər keçirilir.
Fakültə dekanları, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirlərdə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun çoxşaxəli fəaliyyətindən bəhs edilib. Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışan çıxışçılar qeyd ediblər ki, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
O da qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan siyasət dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  Bu gün Qarabağ Qələbəsi ilə bağlı sevincimizin əsası elə məhz Ümummilli Liderin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, uğurlu xarici siyasətin nəticəsində qoyulub. Azərbaycanı qalibiyyətə aparan, gələcəyə doğru inamla addımlamasını təmin edən Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq hər birimiz üçün qürur mənbəyidir.
Tələbələrin ifalarında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib və onun zəngin həyatını əks etdirən videoçarx nümayiş olunub.
 
Mətbuat xidməti
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az