Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şahdağ Milli Parkına ekskursiya
Şahdağ Milli Parkına ekskursiya
Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri Aysel Ağayeva və Aidə Qəhrəmanovanın bələdçiliyi ilə 8 dekabr Şahdağ Milli Parkının yaranması günündə orada qorunan bitki və heyvan növlərini, xüsusilə reintraduksiya olunaraq Azərbaycanın Qırmızı Kitabına düşmüş zubrları və nəcib maralları yaxından izləmək üçün Milli Parkın Buynuz kəndində yerləşən İsmayıllı bölməsinə ekskursiya edib.
Xatırladaq ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır.
IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanan əməkdaşlıq sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların həm də elmi məqsədlərlə artırılması məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən ölkəmizə Almaniya, Belçika, Hollandiyadan, 2023-cü ilin noyabrında isə Almaniyadan Şirvan Milli Parkına zubrlar gətirilib.
Nəcib marallar ilk dəfə 2022-ci il noyabrında Milli Parka reintraduksiya olunub.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az