Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ADA Universitetinin magistratura ixtisasları barədə infosessiya
SDU-da ADA Universitetinin magistratura ixtisasları barədə infosessiya
Sumqayıt Dövlət Universiteti təhsildə akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyini nəzərə alaraq  digər universitetlərlə əməkdaşlığını genişləndirir. Bu istiqamətdə SDU ADA Universiteti ilə əməkdaşlığını uğurla davam etdirir. Dekabrın 8-də ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova  SDU-da oldular.
Tədbirdə SDU-nun Strateji İnkişaf Mərkəzinin direktoru Günel Paşayeva çıxış edərək qonaqları və iştirakçıları salamlayıb, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetinin əməkdaşlarını görməkdən məmnunluğunu ifadə edib və bu yaxın aylarda SDU-nun nümayəndə heyətinin ADA Universitetinə təcrübə mübadiləsi çərçivəsində səfərlərindən bəhs edib. Sumqayıt Dövlət Universitetində  kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verən Günel Paşayeva  tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində aparılan islahatlardan danışıb.
ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova çıxış edərək ADA Universitetinin tarixindən danışıb, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Ali təhsil ocağının əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır.
Sonra Mahnur Abbasova tələbələri ADA Universitetinə qəbul qaydaları ilə tanış edib və vurğulayıb ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqqında tələbələri məlumatlandırmaqdır.
ADA Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva Dünya İqtisadi Forumunda “Top 10 bacarıqlar” mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə əməkdaşlıq edərək, ünsiyyət quraraq həllər təklif edən yüksək potensiala malik məzunlar yetişdirir. 
Qarşılıqlı müzakirələr şəklində keçirilən tədbirdə tələbələrin sualları cavablandırılıb.
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az