Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıb
SDU “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıb
Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən etibarən “ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edirlər. Bir neçə mərhələdən ibarət olan müsabiqənin Azərbaycan üzrə təşkilatçısı Bakı Mühəndislik Universitetdir.
Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi) keçirilib. Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
İlk dəfə olaraq bu müsabiqəyə qatılan SDU-nu dörd komanda təmsil edib. Universitetin Mühəndislik fakültəsinin “Avtomatika və idarəetmə kafedrası”nın professoru Cavanşir Məmmədovun rəhbərlik etdiyi SDU-3 komandası hər iki mərhələni uğurla keçməyi bacarıb. Beləliklə, Mühəndislik fakültəsinin 2-ci kurs tələbələri Səxavət Cəfərli, Mövla Əhməd, Amin Nəcəflidən ibarət komanda üzvləri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə yarımfinalda iştirak edəcək.
Qeyd edək ki, cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasında keçiriləcək “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ qazanan komandamız çempionatın favoritləri sırasındadır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az