Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
SDU IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Sumqayıt Dövlət Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Noyabrın 11-də açılışı olan sərgidə universitetin nəşri olan 200-dən çox dərslik və dərs vəsaitləri, elmi xəbərlər, konfrans materialları, eləcə də professor-müəllim heyətinin son illərdə müxtəlif dillərdə nəşr etdirdiyi kitablar nümayiş olunur. SDU-nun stendi sərgi iştirakçılarının marağına səbəb olub. Qonaqlara stenddə nümayiş olunan nəşrlər barədə məlumat verilib. Qeyd edək ki, sərgi noyabrın 15-dək davam edəcək.

Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az