Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bayrağı Zəfər zirvəsində dalğalandı
Yerləşdirilmə tarixi : 10 Noyabr 2023 11:55
SDU-nun bayrağı Zəfər zirvəsində dalğalandı

SDU-nun Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi həvəskar alpinist Ayaz Babayev 8 noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə alpinist qrupu ilə noyabrın 8-dən 10-dək Azərbaycanın ən yüksək ikinci dağ zirvəsi olan Zəfər (4301) zirvəsinə qalxaraq Azərbaycan bayrağı ilə birlikdə SDU-nun bayrağını da dalğalandırdı. Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi şərəfinə Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə 2021-ci il fevralın 9-da rəsmi olaraq Zəfər zirvəsi adı verilib. Məlumat üçün bildirək ki, Ayaz Babayev uzun müddətdir Qayadırmanma idman növü ilə məşğuldur.

Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az