Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri şəhər çempionatında yer tutublar
SDU tələbələri şəhər çempionatında yer tutublar
Noyabrın 6-da Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksində “Sumqayıt Gəncləri Narkomaniyaya yox deyir” devizi altında ali, orta ixtisas, peşə təhsil müəssisələri və gənclər təşkilatları arasında pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt şəhər çempionatı keçirilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda Sumqayıt Musiqi Kollecinin komandası birinci, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin komandası ikinci, Sumqayıt Dövlət Universitetinin komandası üçüncü yerə layiq görülüb.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az