Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində Zəfər Günü tədbirləri təşkil edilir
SDU-nun fakültələrində Zəfər Günü tədbirləri təşkil edilir
Noyabrın 6-dan başlayaraq Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbirlər keçirilir.
Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, Zəfər Gününə həsr edilmiş videoçarxlar təqdim edilir və tələbələrin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeir və mahnılar səsləndirilir.
Keçirilən tədbirlərdə fakültə dekanları çıxış edərək Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Vətən müharibəsinin tarixi əhəmiyyəti, regionda yaranan reallıqlar barədə söz açaraq Prezident İlham Əliyevin Zəfər səlnaməsindən bəhs ediblər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayaraq universitet məzunlarının 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlıqları xatırladıb, Vətən qarşısında borclarını şərəflə yerinə yetirdiklərini diqqətə çatdırıblar.
Çıxışlarda bildirildi ki, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az