Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | I kurs tələbələri üçün təlim
I kurs tələbələri üçün təlim

Karyera Mərkəzi "Tələbələrin ali məktəb həyatına adaptasiyası və onların təhsil həyatında stimul və motivasiya problemi"mövzusunda tədbir kecirdi. Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, psixoloq İradə Hüseynova təlimlə bağlı  ətraflı məlumatı  verdi. Tələbələrin ali məktəbə adaptasiyası, təhsildə stimul və motivasiya problemlərinə toxundu, cəmiyyətdə, insanlar arasında ünsiyyət məsələlərindən danışaraq insan xarakteri və obrazının bəzi xüsusiyyətləri barədə məlumat verdi.
Tədbirdə Karyera mərkəzinin müdiri Zahid Bünyadov tələbələri salamlayaraq universitetimizdə Karyera Mərkəzinin yaranmasında göstərdiyi dəstəyə görə rektor Elxan Hüseynova minnətdarlığını bildirdi və qeyd etdi ki, Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd tələbələrin bilik, praktiki bacarıqlarını və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks şəkildə təşkilati, maarifləndirmə tədbirləri həyata keçirməkdir.Mərkəzin müdiri həmçinin onu da qeyd etdi ki, universitetdə keyfiyyətli tədrisə yönələn bütün tədbirlər görülüb, müasir gəncliyin şəxsiyyət kimi formalaşması istiqamətində bundan sonra da mühüm addımlar atılacaq. Belə təlimlər mütəmadi təşkil olunacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az