Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz daha bir uğura imza atdı
Universitetimiz daha bir uğura imza atdı

Sumqayıt Dövlət Universitetinin rektor Elxan Hüseynovun  tələbələrin  təşəbbüsünə dəstək olaraq yaradılan "Ritorika klub"un açılış tədbiri çoxsaylı tələbələrin marağına səbəb oldu. Tədbirdə İdarə Heyətinin üzvləri çıxış edərək dəvət olunan tələbələri  Ritorika Klubun fəaliyyət sahələri ilə yaxından tanış etdilər. Universitet nəzdində yaradılan bu klubda Layihələr Departamenti, Filosoflar Federasiyası, Fiziklər Cəmiyyəti, Rəngli İdealar Akademiyası ( CİA), Yazıçılar Birliyi, Həvəskar Jurnalistlər İttifaqı, Biznes Klub, Mədəniyyət və İncəsənət Akademiyası, Politoloqlar Universiteti, Tarixçilər klubu və Qladiator Debatları  aiddir. Nəzərinizə çatdırmaq istərdik ki, Sumqayıt Dövlət Universiteti Qladiator Debatlarının təmsil olunduğu ilk universitetdir və QD rəhbərliyinin bu əməkdaşlığa razılıq verməsi hər iki tərəfdən gənclərimizin fərdi inkişafına istiqamətlənib. Beləliklə Sumqayıt Dövlət Universiteti bu gün bir deyil bir neçə uğura imza atmış oldu. Tələbələrin asudə vaxtının  dəyərləndirilməsinə yönəldilmiş bu fəaliyyət sahələri onların yalnız tələbəlik illərinin məhsuldar olmasına deyil sonrakı həyatlarında da uğurlu kariyeraya sahib olmalarına  bilavasitə kömək etmiş olacaq. Tədbirdə klubun yaradılmasında əməyi keçən təşəbbüskar tələbələr  Nurlan Səmədli, Arzu Nəbizadə, Pərvin Qocayeva, Bəhruz Bayramov və Elvin Gülməmmədov öz çıxışları ilə davamçıları olacaq gənclərə bir sıra töhvələr verdilər. Ritorika Klubun təlimçi bazasının yaradılmasında dəstəyi olan Best Friends Təhsil və Kariyera Mərkəzinin, Universal Təhsil və Kariyera Mərkəzinin, İnnovativ İnkişaf Mərkəzinin adı xüsusi vurğulandı. İlk təlim isə Best Friends Təhsil və Kariyera mərkəzinin təşkilatçılığı ilə Elvin Dadaşovun təqdimatında keçirildi. Yekunda üzv olacaq şəxslərin öhdəlikləri xatırladıldı. İştirak edən hər bir tələbə tanıtım seminarı və təlimdən məmnunluq duyduqlarını qeyd edərək  Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə təşəkkür etdiklərini bildirdilər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az